Kolumbiyada 50 illik müharibəyə son qoyuldu

Kolumbiyada 50 illik müharibəyə son qoyuldu

“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra  atəşkəsə dair tarixi sülh sazişi imzalanıb.

APA-nın “RİA Nobosti”yə istinadən verdiyi xəbərə görə, sənəd Havanada Kolumbiya prezidenti Manuel Santos və üsyançıların lideri Timoleon Himenes tərəfindən imzalanıb.

Üç il davam etmiş danışıqların nəticələrinin əks olunduğu sənədə əsasən, FARC-ın şəxsi heyəti saziş imzalandıqdan sonra 180 gün ərzində  tərxis olunacaqlar.

0
16