İlham Əliyev: Ümid edirəm ki, Ermənistan həmsədrlərin çağırışlarını eşidəcək

İlham Əliyev: Ümid edirəm ki, Ermənistan həmsədrlərin çağırışlarını eşidəcək

"Bu, hamının xeyrinə olacaq".

Azərbaycan prezidenti İlham Əliyev Minsk qrupunun status-kvonu dəyişdirilməsinə dair çağırışlarının Ermənistan tərəfindən eşidiləcəyinə və bundan sonra regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

"Ümid edirik ki, Minsk qrupunun status-kvonun dəyişdirilməsinə dair çağırışları Ermənistan tərəfindən eşidiləcək. Azərbaycan ərazisinin işğalına dair status-kvonun dəyişdirilməsi – münaqişənin tammiqyaslı həlli üçün əsas şərtdir. Bu, baş verən kimi regionda sülh, sakitlik, əməkdaşlıq bərpa olacaq. Bu, hamının xeyrinə olacaq", - İlham Əliyev Rusiya baş naziri Dmitri Medvedev ilə danışıqların yekununda bildirib.

0
15
Bot