“Elit star” Cəmilə qəzaya düşdü

“Elit star” Cəmilə qəzaya düşdü

Yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

İrandan qayıdan müğənni Cəmilə idarə etdiyi “Hundai” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını aşıb. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, yol qəzası bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə nəticəsində müğənni xəsarət almasa da, avtomobildə olan sərnişin, Bakı şəhər Yasamal rayon sakini, 65 yaşlı Mahirə Əlisa qızı Abışova müxtəlif dərəcəli bədən xəsarətləri 
alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

0
17