Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub

Qatil saxlanılıb.

Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, meyit Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur. 

Qadının qətlində Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev şübhəli bilinir. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, iyunun 19-da səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib. Məlumatda həmçinin meyitin göbək nahiyəsində cərrahiyyə əməliyyatının izləri olduğu qeyd edilib.

0
33