"Eurovision" təmsilçisimiz heyvanlar üçün sığınacaq tikdirir

"Eurovision" təmsilçisimiz heyvanlar üçün sığınacaq tikdirir

Azərbaycanın "Eurovision" təmsilçisi və "O səs Türkiyə" layihəsinin qalibi Elnur Hüseynov heyvanlar üçün sığınacaq tikdirir.

 O, Lent.az-a açıqlamasında bildirib ki, bu layihəsini Bakıda həyata keçirəcək.

Bildirək ki, Elnur "O səs Türkiyə"dən mükafat kimi aldığı və digər konsertlərdən qazandığı pulların hamısını o layihəyə yatırır. Layihə hazır olandan sonra ictimaiyyətə geniş açıqlama veriləcək. Heyvanları çox sevən müğənninin bir neçə ev heyvanı var.

0
23