Nazirlik işçi axtarır

Nazirlik işçi axtarır

İşsizlərin nəzərinə!

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün ərizələr iyunun 23-dən iyulun 7-dək saat 09:00 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində aparılır.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Qeyd edək ki, ətraflı məlumatı Mədəniyyət və Turizm Nazirliyinin www.mct.qov.az internet saytından öyrənmək olar.

0
56