Almaniyada kinoteatra silahlı hücum edən şəxs öldürüldü: 100-dən çox yaralı

Almaniyada kinoteatra silahlı hücum edən şəxs öldürüldü: 100-dən çox yaralı

Almaniyada kinoteatra silahlı hücum edən şəxs yaxalanıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, silahlı hücumu törətmiş şəxsin ələ keçirilərək öldürüldüyü də iddia edilir. Almaniyanın Daxili İşlər Nazirliyi həmin şəxsin öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, hadisə zamanı polisin gözyaşardıcı qazdan istifadə etdiyi, yaralılar arasında qazdan zəhərlənənlər olduğu üçün yaralı sayının 100-dən çox olduğu haqda məlumat var.

***

18:52

Almaniyada kineteatra silahlı hücum edilib.

Lent.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, Almanyanın Viernheim qəsəbəsində yerləşən kinoteatra edilən silahlı hücumda 50-dən çox adamın yaralandığı bildirilir.

Frankfurt yaxınlığında yerləşən qəsəbədə silahlı hücum təşkil edən şəxsin maskalı olduğu, əlində bir tapança, belində isə bomba bağlanmış kəmər olduğu qeyd edilib.

Hücumu təşkil edən naməlum şəxs kinoteatrın salonlarından birini kilidləyib, içəridə qalıb.  Hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib. Silahlı şəxsin kinoteatrdakıları girov götürdüyü bildirilir.

Almaniyanın "Focus" jurnalının yaydığı məlumata görə isə polis kinoteatra hücum edən silahlı şəxsi yaxalayıb.

0
36