Ukraynada döyüşlər bərpa olundu: Ölən var

Ukraynada döyüşlər bərpa olundu: Ölən var

“Ən mürəkkəb vəziyyət Donetsk istiqamətindədir”.

Ötən sutka ərzində Donbasda ukraynalı hərbçi ölüb, daha on bir nəfər isə yaralanıb. 

Oxu.Az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Terror əleyhinə əməliyyatlar üzrə spikeri Aleksandr Motuzyanik bildirib.

Onun sözlərinə görə, vəziyyət ani kəskinləşib, düşmən Ukrayna hərbçilərinin mövqelərinə 300 minatan və 160 artilleriya mərmisi atıb.

“Artıq inamla demək olar ki, bu gün üçün atəş intensivliyini 2015-ci ilin avqustda olan vəziyyət ilə müqayisə etmək olar”, - Prezident Administrasiyasının spikeri deyir.

Ən mürəkkəb vəziyyət Donetsk istiqamətindədir, düşmən Zaytsevodan Donesk aeroportuna qədər atəş açıb.
 “Raket yaylım atəş sistemlərindən başqa, bütün silahlardan istifadə ediblər. Atəş ağır texnikanın tətbiqi ilə, əsasən, günün qaranlıq saatlarında aparılıb”, - deyə Prezident Administrasiyasının spikeri bildirib.

Qaynar nöqtələr Qorlovka, Avdeyevka və Peski olub. Donetsk istiqamətində, ümumilikdə, 22 atəş açılıb, bütün atəşlər praktiki olaraq ağır texnika vasitəsilə açılıb.

0
19