Ələkbərov yenidən “LUKoyl”un prezidenti təyin edildi

Ələkbərov yenidən “LUKoyl”un prezidenti təyin edildi

O, 1993-cü ildən bu vəzifədədir.

Rusiyanın iri neft şirkəti “LUKoyl”un illik iclasında Vahid Ələkbərovun şirkətin prezidenti təyin olunması barədə qərar qəbul edilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, “LUKoyl”un nizamnaməsinə görə, prezident səhmdarların iclasında beşillik müddətə təyin edilir.

Ələkbərov 1950-ci ildə anadan olub. O, 1993-cü ildən bu vəzifədədir. Birbaşa və dolayı yolla şirkətin 22,96% kapitalına sahibdir.

0
18