Barak Obamanın prezidentlikdən sonrakı məşğuliyyəti bilindi

Barak Obamanın prezidentlikdən sonrakı məşğuliyyəti bilindi

Barak Obama prezidentliyə əlvida etdikdən sonra sevimli hobbisi ilə məşğul olmaq qərarına gəlib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama 2017-ci ilin yanvar ayında Ağ Evi tərk etdikdən sonra NBA basketbol klubunu almaq istəyinə düşüb.

Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı o çərşənbə günü Milli Basketbol Assosasiyası ilə müzakirələr də aparıb. Basketbol klubunun CEOsu deyil də, sadəcə səs hüququna malik üzvlərindən biri olmaq istəyən Obama onu da qeyd edib ki, bu seçim bütünlüklə dürüst bir şəkildə gerçəkləşəcək.


Qeyd edək ki, basketbola olan sevgisi uzun zamandan bəridir hər kəsə bəlli olan Barak Obama bu ilin noyabr ayında ABŞ-da keçiriləcək seçkilərdən sonra  prezidentlik postunu tərk edəcək.

0
14