Məhkəmə jurnalistləri döydürən müğənnini cəzalandırdı

Məhkəmə jurnalistləri döydürən müğənnini cəzalandırdı

Müxbirlərin avtomobillərinə ziyan dəyib.

Türkiyəli müğənni Nez 2014-ci ildə onu bir kişi ilə görüntüləyən jurnalistləri döydürdüyü üçün İstanbul Asliye Cəza Məhkəməsinin qərarı ilə cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, ifaçının yanındakı şəxs “Sabah” qəzetinin müxbiri Gökhan Gökduman ilə “Günəş” qəzetinin müxbiri Əhməd Döğeni təhdid edib. Onlar hadisə yerinə toplaşan təxminən 15 nəfərlik qrup tərəfindən döyülüb, avtomobillərinə isə ziyan dəyib.

Jurnalistləri döydürdüyü üçün məhkəmənin qərarı ilə Nezə 120 gün müddətinə pul cəzası kəsilib.

Aytən Sadıqzadə

0
16