Maestro Bülbülün 119 illiyi qeyd edildi – FOTO

Maestro Bülbülün 119 illiyi qeyd edildi – FOTO

Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri ifalarını təqdim ediblər.

İyunun 22-də Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 119-cu ildönümü ilə bağlı Bülbülün Memorial Muzeyində tədbir keçirilib.      

Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, muzeyin direktoru Fərqanə Cabbarova dahi Bülbülün Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb.

Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Asəf Zeynallının “Ölkəm” romansını, Fikrət Əmirovun “Muğam poeması”nı, Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Ü.Hacıbəyovun “Sevgili canan” romansını ifa ediblər.

Tədbirin sonunda muzeyin arxivində saxlanılan materiallar əsasında hazırlanmış görkəmli mədəniyyət və incəsənət xadimlərinin Bülbül haqqında bölüşdüyü xatirələrdən ibarət videoçarx nümayiş olunub.

Aytən Sadıqzadə

0
28