Məşhur pop ifaçısı evini 11 milyona satışa çıxarıb – FOTO

Məşhur pop ifaçısı evini 11 milyona satışa çıxarıb – FOTO

Malikanəni 5,45 milyon dollara həmkarından satın alıb.

Keçmiş “Take That” qrupunun üzvü, dünyaca məşhur ingilis pop ifaçısı Robbi Uilyams Kaliforniyada Beverli-Hillsdəki malikanəsini 11 milyon dollara satmaq üçün alıcı axtarır.

Oxu.Az xəbər verir ki, o, 992 kvadratmetr sahəsi olan saray kimi evi 2002-ci ildə müğənni Klint Blekdən 5,45 milyon dollara satın alıb və yenidən təmir etdirib.

Bu haqda xarici mətbuatda xəbər yayılıb.

İdman salonu, 7 yataq otağı və 11 vanna otağı olan malikanənin həyətində hovuz da var.

Türk əsilli amerikalı həyat yoldaşı, aktrisa Ayda Fildlə 2010-cu ildən evli olan 42 yaşlı ifaçının Los-Anceles və Londonda da evləri var.

Uilyamsın satışa çıxardığı evinin fotoşəkillərini təqdim edirik:

Aytən Sadıqzadə

0
11