Ermənistan avtomobillərin təkrar satışı ilə dövlət büdcəsini artırır

Ermənistan avtomobillərin təkrar satışı ilə dövlət büdcəsini artırır

Dövlət Gəlir Komitəsinin 27 avtomobili əlindən alınır.

Ermənistan hakimiyyəti iyunun 23-də iclas zamanı 383 nəqliyyat vasitəsinin geri alınaraq Dövlət Əmlak İdarəsinə verilməsi barədə qərar qəbul edib. Həmin nəqliyyat vasitələri sonradan təkrar satışa çıxarılacaq. 

Oxu.Az bu barədə news.am-a istinadən xəbər verir. 

Məlumata görə, Ermənistanın Maliyyə Nazirliyindən - 4, İqtisadiyyat nazirliyindən – 4, Ədliyyə Nazirliyindən – 2, İdman və Gənclərlə İş Nazirliyindən – 1, Energetika və Təbii Resurslar Nazirliyindən – 4, Əmək və Sosial Məsələlər Nazirliyindən – 26, Kənd Təsərrüfatı Nazirliyindən – 9, Təhsil və Elm Nazirliyindən – 3, Ərazi İdarəçiliyi və İnkişafı Nazirlyindən - 1, Nəqliyyat nazirlyiindən -4, Şəhərsalma Nazirliyindən – 7, Dövlət Əmlak Kadastr Komitəsindən - 7, Dövlət Gəlir Nazirliyindən – 27  avtomobil geri alınıb.

Bundan başqa, Dövlət Əmlak İdarəçiliyi İdarəsinin balansında 274 avtomobil var. 

Bu nəqliyyat vasitələrinin satışı ölkənin dövlət büdcəsinə yetərincə gəlir gətirəcəyi ehtimal edilir. 

0
8