Putin və Nazarbayev Qarabağı müzakirə etdilər

Putin və Nazarbayev Qarabağı müzakirə etdilər

"Rusiya vasitəçilik addımları atır".

Rusiya və Qazaxıstan prezidentləri Vladimir PutinNursultan Nazarbayev telefon danışığı əsnasında Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

"Azərbaycan və Ermənistan liderləri ilə son günlərdə telefon əlaqələri nəzərə alınaraq fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya tərəfindən, Rusiya Federasiyası hökumətinin sədri, xarici siyasət və müdafiə nazirliklərinin xətti ilə əlaqələr də daxil olmaqla atılan vasitəçilik addımları barədə məlumat verib", - məlumatda deyilir.

Bundan başqa, ikitərəfli əməkdaşlığın bəzi məsələləri, eləcə də yüksək səviyyədə və Avrasiya İqtisadi İttifaqı çərçivəsində keçiriləcək görüşlər müzakirə edilib.

0
22
Bot