Taliblər təslim olur

Taliblər təslim olur

Təhlükəsizlik xidmətinin 2 minə yaxın əməkdaşı əməliyyata cəlb olunub.

Əfqanıstanın şimalında Cauzcan əyalətində “Taliban” hərəkatının 115 yaraqlısı təslim olub.

Oxu.Az bu barədə “Sinyuxa” agentliyinə istinadən xəbər verir. 

“Çərşənbə günü səhər saatlarında təhlükəsizlik xidmətinin 2 minə yaxın əməkdaşı Cauzcan əyalətində təmizləmə əməliyyatına başlayıb. Əməliyyat zamanı “Taliban” hərəkatının 115 yaraqlısı silahlarını yerə qoyaraq təslim olublar”, - agentlik yerli polis rəisinin sözlərini sitat gətirib. 

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, təslim olanlar arasında taliblərin bir neçə yerli rəhbəri var. Hakimiyyət yaraqlıların yaxın günlərdə təslim olmağa davam edəcəklərini istisna etməyib.  

“Taliban” hərəkatının nümayəndələri hazırda bu əməliyyata dair heç bir bəyanat verməyiblər. 

0
12