Bakıda mənzildən 25 min manatlıq qızıl apardılar

Bakıda mənzildən 25 min manatlıq qızıl apardılar

Hadisə ilə bağlı polislər əməliyyat keçiriblər.

Bakıda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Bununla bağlı Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Nəticədə Bakı şəhər sakini Əli Məmmədovun evindən 25000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.

Faktla bağlı araşdırma aparılır.

0
12