Salyanda körpələr işığın sönməsindən ölüb? – VİDEO

Salyanda körpələr işığın sönməsindən ölüb? – VİDEO

İşıq sönən zaman yaxınları narahat olub.

Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsi işıqlar söndürüldüyündən öldüyünü iddia edən görüntülər yayımlanıb.

Oxu.Az Bizimyol.info-a istinadən xəbər verir ki, görüntülərə baxanda məlum olur ki, işıqlar sönən zaman körpələr sağ olub.

Belə ki, işıq sönən zaman yaxınları narahatlıqlarını bildiriblər: 

“İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdır…”, - deyə onlar bildiriblər.

Qeyd edək ki, ötən gün Salyan doğum şöbəsində üçəm doğan Mirzabitə Abdullayevanın iki körpəsi işıqlar söndüyündən oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb. 

0
11