ANS-in aparıcısına vəzifə verildi

ANS-in aparıcısına vəzifə verildi

O, 2015-ci il oktyabrından www.anspress.com saytında redaktor vəzifəsində çalışıb.

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib. 

Oxu.Az xəbər verir ki, MİDA-nın yeni mətbuat xidmətinə Diana Dadaşova başçılıq edəcək.

Bu haqda www.report.az saytı məlumat yayıb.

Qeyd edək ki, “ANS TV”-nin aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür.

O, 2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2013-cü ildə isə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

ANS TV-də “Hesab vaxtı” verilişində aparıcı vəzifəsində çalışıb.

A.S.

0
15