Gömrükdə 10800 ədəd qanunsuz siqaret aşkarlandı

Gömrükdə 10800 ədəd qanunsuz siqaret aşkarlandı

DGK məlumat yaydı.

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində alətlər dəstinin altından, sağ və sol panellərin içindən üzərində aksiz markası olmayan gömrük nəzarətindən gizlədilmiş 3 adda 10800 ədəd siqaret aşkar edilərək götürülüb.

E.Ə.

0
11
Bot