Bonuslarınızı “DəmirBank”ın plastik kartına dəyişin

Bonuslarınızı “DəmirBank”ın plastik kartına dəyişin

Hesab.az istifadəçiləri “Visa Electron” debet kartını əldə edə bilərlər.

Müştərilərini mütəmadi olaraq müxtəlif kampaniyalarla sevindirən “DəmirBank” Hesab.az ödəniş portalının istifadəçilərinə etdikləri ödənişlərə görə topladıqları bonusları bankın “Visa Electron” plastik kartına dəyişmək imkanını verir.

Kampaniyanın şərtlərinə görə, Hesab.az istifadəçiləri saytın “Dərhal Dəyiş” bölməsinə daxil olmaqla 30000 bonus müqabilində “DəmirBank”ın “Visa Electron” debet kartını əldə edə bilərlər. Kart birillik verilir. Həmçinin Hesab.az saytında “DəmirBank” kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.

“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində yerləşən ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan ödənişini həyata keçirmək mümkündür.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149 

www.demirbank.az/

facebook.com/demirbank.az

0
11