İlham Əliyev mətbuat xidmətinin rəhbərini təltif edib

İlham Əliyev mətbuat xidmətinin rəhbərini təltif edib

Prezident sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azər Qasımovun III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, A. Qasımov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, A. Qasımov Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəridir.

0
6