İlham Əliyev: Qarabağda atəşkəs həm İrəvana, həm Bakıya, həm də Moskvaya lazımdır

İlham Əliyev: Qarabağda atəşkəs həm İrəvana, həm Bakıya, həm də Moskvaya lazımdır

"Vəziyyətin tənzimlənmə mexanizmləri mövcuddur".

Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi həm Azərbaycan, həm Ermənistana lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham ƏliyevRusiya baş naziri Dmitri Medvedev ilə danışıqların yekununda bildirib.

"Münaqişənin tənzimlənməsi – Azərbaycanın marağındadır, əminəm ki, elə Ermənistanın da marağındadır. Rusiya – qonşudur, hər iki ölkə ilə dostdur, o da tez bir zamanda tənzimlənmədə maraqlıdır", - Əliyev deyib.

Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağda vəziyyətin tənzimlənmə mexanizmləri mövcuddur, amma onlar yerinə yetirilmir.

"Münaqişənin tənzimlənməsi üçün mexanizmlər mövcuddur, BMT-nin Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsi mövcuddur, təəssüf ki, onlar yerinə yetirilmir", - Azərbaycan rəhbəri deyib.

Rusiya baş naziri Dmitri Medvedevin bəyan etdiyi kimi, Rusiya Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasına maksimal şəkildə sadiqdir, danışıqların alternativi yoxdur.

"Hesab edirəm ki, danışıqlara heç bir alternativ yoxdur, əlbəttə ki, atəşkəsi alqışlayırıq. Ümid edirəm ki, hazırda bərqərar olan sülh uzunömürlü olacaq və tərəflər nizamlama məsələlərini danışıqlar masası arxasında davam etdirəcəklər. Tərəflərin mövqelərini yaxınlaşdıraraq kompromislər axtaracayıq. Çünki heç bir münaqişə bir tərəfin qələbəsi ilə sona çatmır, bu hər zaman mürəkkəb kompromislər toplusudur, bu münaqişəni aradan qaldırmaq və dayanıqlı sülh yaratmaq üçündür", - Medvedev Azərbaycan prezidenti İlham Əliyev ilə görüşün yekununda jurnalistlərə bildirib.

"Biz Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ideyasına maksimal şəkildə sadiqik. Bu nəticəni əldə etmək üçün çox ciddi səy göstərmişik. Biz hamımız iştirak etmişik və mən bir zamanlar bununla fəal məşğul olmuşam",- Rusiya baş naziri əlavə edib.

0
19
Bot