"Trabzonspor"un eks prezidenti barədə YAXALANMA QƏRARI

"Trabzonspor"un eks prezidenti barədə YAXALANMA QƏRARI

“Trabzonspor” idman klubunun keçmiş prezidenti barəsində yaxalanma qərarı çıxarılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, sabiq prezident İbrahim Hacıosmanoğlu keçən il “Trabzonspor”-“Qaziantepspor” oyunundan sonra jurnalistlərə verdiyi açıqlamalarda qadınları təhqir edib: “Mən 49 yaşıma qədər kişi kimi yaşadım, qadın kimi yaşamadım. Qadın kimi 100 il yaşamaqdansa, 1 il kişi kimi yaşamağı üstün tuturam”.

Bu sözlərinin ardından sabiq prezident haqqında qadınları təhqirlə bağlı prokurorluq orqanları tərəfindən araşdırma başlanıb. Prokurorluq Hacıosmanoğlunun 9 aydan 1il 6 aya qədər həbs olunmasını tələb edib.

Məhkəmə tərəfindən iş baxışa götürülüb. Proseslərə gəlməyən Hacıosmanğlu barəsində yaxalanmaq haqqında qərar qəbul edilib.

Hacıosmanoğlu jurnalistlərə açıqlamasında bildirib ki, birinci proses keçirilən zaman ölkə xaricində olub: “İkinci proses haqqında mənə məlumat verilməyib. Hazırda vəkillərimlə əlaqə saxlayıram. Heç kimdən, heç nədən qaçmaq kimi bir fikrim yoxdur".

0
10