Nazir: Teymur Məmmədov Olimpiya Oyunlarında bayraqdar ola bilər

Nazir: Teymur Məmmədov Olimpiya Oyunlarında bayraqdar ola bilər

Son qərarı Milli Olimpiya Komitəsi verəcək.

Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazir bildirib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək: 

“Əgər Teymur Məmmədov olimpiadaya lisenziya qazanmasa, bayraqdarın kim olması ilə bağlı yekun qərarı Milli Olimpiya Komitəsi verəcək”.

0
8