Bərdədə qadın baltalandı

Bərdədə qadın baltalandı

Həyat yoldaşı onu öldürdüyünü etiraf edib.

Bərdə rayonunda qətl hadisəsi baş verib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürməkdə şübhəli bilinir.

Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Şübhəli şəxs qismində saxlanılan S.Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

0
17