Bakıda fəhlə faciəvi şəkildə öldü

Bakıda fəhlə faciəvi şəkildə öldü

Hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb.

Bakıda fəaliyyət göstərən şirkətlərdən birində faciəli hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb. 

Neftçala sakini, 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi, şirkətə məxsus “QAZ-53” markalı yük maşınını arxaya verərkən orada fəhlə işləyən, 1993-cü il təvəllüdlü Azər Şadman oğlu Kazımov maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

0
14