Ermənilər iki gün öncə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir

Ermənilər iki gün öncə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir

Onlar yerli ictimaiyyətin etirazından çəkinir.

Ermənistan hakimiyyəti aprelin 2-dən 5-dək gedən döyüşlərdə ölən hərbçiləri yeni itkilər kimi təqdim edir.

Oxu.Az xəbər verir ki, erməni hərbi rəhbərliyi atəşkəs barədə razılıq əldə olunandan sonra hər gün cəbhədə hərbçi itirdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlərdən aydın olur ki, əslində, açıqlanan son itkilər aprelin 2-5-də baş verən döyüşlərdə ölənlərdir.

Sadəcə, Ermənistan rəhbərliyi yerli ictimaiyyətin etirazından çəkinərək, qızğın döyüşlərdə verdiyi çoxsaylı itkiləri hissə-hissə açıqlamağa başlayıb.

Erməni tərəfinin digər məqsədi isə atəşkəs əldə olunmasına baxmayaraq, Azərbaycan tərəfinin razılaşmaya əməl etmədiyini, atəşkəsin pozulması nəticəsində erməni hərbçilərinin öldürülyünü göstərməklə, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməkdir.

www.oxu.az

Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.

Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır.

0
80
Bot