Şahdağ trekkinq üçün ən populyar kurortlardan biridir

Şahdağ trekkinq üçün ən populyar kurortlardan biridir

“TurStat” tədqiqat aparıb.

Azərbaycanın Şahdağ turizm mərkəzi turistlər arasında piyada dağ gəzintiləri üçün (trekkinq) 10 populyar məkan arasında üçüncü yeri tutub.  

Oxu.Az xəbər verir ki, Rusiyada və MDB ölkələrində yay trekkinqi bazarında tədqiqatı “TurStat” aparıb.  

Reytinq kurortların infrastrukturunu və nəqliyyat çıxışını nəzərə alaraq, yay mövsümündə yaşayış üçün mehmanxanalarda edilmiş bronlar üzrə tərtib edilib. 

Piyada dağ gəzintiləri üçün ən populyar kurort Soçidə Krasnaya Polyana müəyyən edilib. İkinci yerdə Qazaxıstandakı Çimbulak yerləşib. 

Trekkinq üçün ən populyar istiqamət və məkanlar: Krasnaya Polyana (Soçi), Çimbulak (Qazaxıstan), Şahdağ (Azərbaycan), Dombay (Karaçevo-Çerkes), Krım dağları (Krım), Katunski silsiləsi (Dağ Altay), Prielbrusye (Kabardino-Balkariya), Şeregeş (Kemerovo vilayəti).

0
16