Rio Olimpiadasının ən gözəl anlarını “Visa” və “Xalq Bank”la yaşayın!

Rio Olimpiadasının ən gözəl anlarını “Visa” və “Xalq Bank”la yaşayın!

“Xalq Bank”ın “Visa” plastik kart sahibləri iyunun 22-dən etibarən start götürən “Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq alın!” kampaniyasında iştirak edərək qalib gəlmək imkanı qazanırlar. 

Belə ki, 22 iyun - 21 avqust 2016-cı il tarixlərdə “Xalq Bank”ın istənilən “Visa” plastik kartı ilə nağdsız ödəniş aparan hər kəs qeyd olunan aksiyada iştirak etmək hüququ qazanır. Lotereyada 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycanda daimi yaşayan şəxslər iştirak edə bilər.

Aksiyaya qoşulmaq üçün ilk olaraq www.visa.com.az saytında zəruri sütunları doldurmaqla qeydiyyatdan keçmək lazımdır.

Bundan sonra “Visa” kartları ilə Azərbaycan ərazisində və ya ondan kənarda yerləşən istənilən alış-veriş və xidmət məntəqəsi, eləcə də internet vasitəsilə alınan məhsul və ya xidmətlər üzrə nağdsız əməliyyat aparmaq kifayətdir. Həyata keçirilən hər əməliyyatı visa.com.az saytında qeydiyyatdan keçirmək vacibdir. Transaksiya qeydiyyatlarının sayı məhdudiyyətsizdir. 

Daha çox nağdsız ödəniş, daha çox uduş şansı verir. Kart-çeki və yaxud əməliyyatı təsdiqləyən digər qəbzi kampaniyanın sonunadək saxlamaq vacibdir. 21 iyul və 1 sentyabr tarixlərdə keçiriləcək uduşlarda 20 ədəd “Panasonic Smart TV” və 40 ədəd “Samsung Galaxy” smartfonları oynanılacaq. Lotereyanın qalibləri KİV vasitəsilə elan olunacaq.

Xatırladaq ki, “Xalq Bank” “Visa Gold”, “Visa Classic” və “Visa Electron” plastik kartlarını müştərilərə pulsuz olaraq təqdim edir.

Kartları Bankın istənilən filialında əldə etmək olar. Kampaniya haqda daha ətraflı məlumatı www.visa.com.az saytından, Bankın filiallarından, www.xalqbank.az internet səhifəsindən və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzindən əldə edə bilərsiniz.

0
19