Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu

Bakıda “Formula-1” yarışlarında yeni sürət rekordu

Bu sürəti komandaların özləri də gözləmirdi.

“Williams”ın pilotu, finlandiyalı Valtteri Bottas Bakıda keçirilən “Formula 1” yarışlarının Avropa Qran Prisinin təsnif yürüşlərində “kral yarışları”nın yeni sürət rekordunu müəyyən edib. 

Oxu.Az xəbər verir ki, Bakıda 2,2 km-lik düz yolda Bottas sürəti 378 km/s qədər artırıb. Yarışların ilkin rekordu 2005-ci ildə Montsda müəyyən edilmişdi. Belə ki, həmin vaxt “McLaren”in pilotu Xuan Pablo Montoya bolidin sürətini 372,6 km/s qədər yüksəldib. 

Yolun memarı German Tilke sürətin bu göstəricisinə təəccüblənib. Yarışlara qədər pilotların sürəti maksimal olaraq 340 km/s həddə çatdıracaqları ehtimal edilirdi. 

Bu sürəti komandaların özləri də gözləmirdi, Bakı yolunun simulyatorlarında işdən sonra hesablamalarda maksimal sürət 345-350 km/s göstərilirdi.  

0
17