İslandiyalı şərhçidən emosional reaksiya – VİDEO

İslandiyalı şərhçidən emosional reaksiya – VİDEO

Həlledici qol 94-cü dəqiqədə vurulub.

İslandiyalı şərhçi ölkə yığmasının Avropa çempionatının qrup mərhələsində avstriyalıların qapısına vurduğu ikinci qola həddən artıq emosional rekasiya verib. Bu qolun sayəsində İslandiya qələbə qazanıb və tarixdə ilk dəfə pley-off mərhələsinə qalxıb.  

Oxu.Az xəbər verir ki, görüş iyunun 22-də Parisin ətrafında Sen-Denidə yerləşən “Stad de Frans” stadionunda baş tutub və 2:1 hesabla İslandiyanın qələbəsi ilə başa çatıb.  

Hesab 18-ci dəqiqədə açılıb, dəqiq zərbəni Yon Dadi Bodvarsson vurub. Avstriyalılar 60-cı dəqiqədə hesabı bərabərləşdiriblər, qolun müəllifi Alessandro Şepf olub. Həlledici qol 94-cü dəqiqədə vurulub. İslandiya yığmasına həlledici qolu Arnor İnqvi Traustason gətirib. 

0
8