Məşhur müğənni maşınında güllələndi - FOTO - VİDEO

Məşhur müğənni maşınında güllələndi - FOTO - VİDEO

Pakistanın tanınmış müğənnilərindən biri güllələnib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, sufi ifaları ilə tanınan Amjad Sabri Karaçi şəhərində silahlı basqına məruz qalıb. Sabri Hindistan və Pakistandakı sufi cərəyanın musiqisi hesab edilən "Kavvali" stilində ifaları ilə məşhurlaşmışdı.

Müğənniyə şəhərin mərkəzində avtomobilində hücum edilib. Naməlum şəxslər ona yaxın məsafədən atəş açıblar. Bədəninə 5 güllə dəyən A.Sabri xəstəxanaya aparılarkən yolda keçinib.

Başda Pakistanın baş naziri Navaz Şərif olmaqla qabaqcıl siyasi xadimlər müğənniyə hücumu qınayan mesajlar yayıblar.

Onun qətlə yetirilməsinin səbəbləri dəqiq bilinmir. Amma Sabrinin musiqisində əks etdirdiyi sufizm sünnilər tərəfindən kafirlik kimi qəbul edilir.

Pakistanda son zamanlar sufiliklə məşğul olanlara qarşı tez-tez kamikadze hücumları təşkil edilib. Ancaq BBC-nin Pakistan müxbirinin sözlərinə görə, yaxın zamanda sufiləri hədəfə alan hücum baş verməmişdi.

Sabri haqqında keçən il bir mahnısında Məhəmməd peyğəmbər (s.ə.s) və ailəsi haqqında bəhs etdiyi üçün "dinə təhqir" ittihamı ilə cinayət işi açılmışdı.

0
40