Coni Deppin həyat yoldaşını döymə səbəbi bilindi

Coni Deppin həyat yoldaşını döymə səbəbi bilindi

Hollivud ulduzu Coni Deppin həyat yoldaşı Ember Herdi nə üçün döyməsinin təfərrüatları bəlli olub.

Lent.az-ın “axşam.az”-a istinadən xəbərinə, Depp evdə gecələmədiyi üçün Ember onu qısqanıb və aktyorla dalaşmağa başlayıb.

Bu zaman Coni dözə bilməyərək telefonu onun üzünə atıb.  Digər bir ehtimalda isə pilləkəndən itələdiyi deyilir.

Onu da qeyd edək ki, Depp də həyat yoldaşı Emberin xəyanətindən şübhələnirdi. O, həmcinsi Tasey Van Rinin evində gecələyirdi. Onlar yaxın dost olmaqla yanaşı, 5 il müddətində evli olublar və birlikdə yaşayıblar.

Xatırladaq ki, cütlük artıq məhkəməyə müraciət edib və boşanmaq üzrədilər.

0
10