Türkiyədə Təhlükəsizlik İdarəsi atəşə tutuldu

Türkiyədə Təhlükəsizlik İdarəsi atəşə tutuldu

İzmirin Bayandır rayonu qumbaraatanlardan atəşə tutulub.

APA-nın “Milliyet”-ə istinadən məlumatına görə, mərmilərdən biri Dövlət Xəstəxanası və Təhlükəsizlik İdarəsinin binası arasındakı əraziyə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır. İlkin ehtimala əsasən,  terrorçuların hədəfində Təhlükəsizlik İdarəsi olub.

0
15