Şimali Koreya yenə raket buraxdı

Şimali Koreya yenə raket buraxdı

KXDR “Hwasong-10” orta mənzilli ballistik raketinin buraxılışının uğurla həyata keçdiyini bəyan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  KXDR Milli Kosmik İdarəsinin müvafiq bəyanatı ölkənin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.

Cənubi Koreyanın “Renhap” agentliyinin məlumatına görə,  Şimali Koreya “Musudan” tipli olduğu ehtimal edilən orta mənzilli ballistik raketin buraxılışını həyata keçirib.

Hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasın xüsusi iclası keçiriləcək.

0
13