“Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu

“Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu

1/8 final mərhələsinə iyunun 25-də start veriləcək.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, “E” qrupunda birinci yerdən 1/8 final mərhələsinə vəsiqəni təmin edən İtaliya yığması İrlandiya komandası ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Matçda yeganə qolu 84-cü dəqiqədə Robert Breydi vurub.

Paralel keçirilən oyunda Belçika yığması İsveç millisinə eyni hesabla qalib gəlib. Bu qarşılaşmada da yeganə qol 84-cü dəqiqədə vurulub. Belçika komandasının heyətində Raca Nainqqolan fərqlənib.

Beləliklə, Avropa çempionatının play-off mərhələsinə İsveçrə, Uels, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, İngiltərə, İslandiya, İspaniya, Slovakiya, Portuqaliya, Polşa, Şimali İrlandiya, Belçika və İslandiya yığmaları vəsiqə qazanıblar.

1/8 final mərhələsində İsveçrə-Polşa, Xorvatiya-Portuqaliya, Almaniya-Slovakiya, Uels-Şimali İrlandiya, Macarıstan-Belçika, İtaliya-İspaniya, Fransa-İrlandiya və İngiltərə-İslandiya matçları baş tutacaq.

“Avro-2016”-nın play-off mərhələsi iyunun 25-də start götürəcək. 

0
16