İŞİD Suriya qoşunlarını darmadağın etdi

İŞİD Suriya qoşunlarını darmadağın etdi

İŞİD terror qruplaşmasının döyüşçüləri Rakka vilayəti yaxınlığında Suriya hökümət qüvvələrini darmadağın ediblər, Oxu.Az Reuters-ə istinadən bildirir.

Nəşrin məlumatına görə, Bəşər Əsədə sadiq qüvvələr iki həftə əvvəl ələ keçirdikləri əraziləri itiriblər.

“Əl-Cəzirə” telekanalı Suriya insan hüquqları rəsədxanasına istinadən xəbər verir ki, hökumət qoşunları Əs-Saura şəhərindən 40 kilometr geri çəkiliblər. Qeyd olunur ki, döyüşlərdə 21 terrorçu məhv edilib. Suriya ordusu 39 əsgərini və 1 zabitini itirib.

İŞİD-in nəzarətində olan “Amaq” agentliyinin məlumatına əsasən, döyüşlərdə həlledici rolu terrorçu-kamekadzelər oynayıblar.

0
16