Ronaldodan yeni rekord

Ronaldodan yeni rekord

Avropa çempionatının qrup mərhələsinin son turu çərçivəsində baş tutan Macarıstan – Portuqaliya matçında dublla yadda qalan Kristian Ronaldo üçün görüş əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Portuqaliyanın kapitanı həm vurduğu iki qola Avropa çempionatları tarixində ən çox qol vuran futbolçular arasında ikinci pilləyə yüksəlib, həm də ardıcıl 4 qitə birinciliyndə fərqlənməyi bacaran ilk futbolçu olub.

“Real”ın ulduzu hazırda davam edən turnirin tarixi ərzində yalnızca Mişel Platinidən bir qol az vurub. Fransalı əfsanəvi futbolçu 9, Ronaldo isə 8 dəfə rəqib qapıçıları məyus edib.

Ən çox fərqlənən oyunçuların sıralaması isə belədir:

9. Mişel Platini (Fransa)

8. Kristiano Ronaldo (Portuqaliya)

7. Alan Şirer (İngiltərə)

6. Zlatan İbrahimoviç (İsveç)

6. Tyerri Anri (Fransa)

6. Patrik Klayvert (Hollandiya)

6. Nuno Qomeş (Portuqaliya)

6. Ruud van Nisterlooy (Hollandiya)

0
21