Roqozin: Rusiya Azərbaycana silah tədarükünə davam edəcək

Roqozin: Rusiya Azərbaycana silah tədarükünə davam edəcək

Sarkisyan Medvedev ilə görüşdə narazılığını bildirib.

Rusiya Azərbaycana strateji tərəfdaşı kimi müqaviləyə müvafiq olaraq silah tədarükünə davam edəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

2015-ci ilin əvvəlində Rusiyanın Azərbaycana T-90C tanklarını tədarük etməsi məlum oldu. Daha öncə "Rosoboroneksport"da bildirmişdi ki, Rusiya 2010-cu ildə bağlanılmış sazişə görə, iri silah tədarükü partiyasını 2017-ci ildə başa çatdıracaq.

Agentliyin məlumatına görə, söhbət T-90C tanklarını üç taboruna və ZPM-3 (100-ə yaxın maşın) üç taboruna, eləcə də özügedən artilleriya, reaktiv yaylım atəş sistemləri və ağır odsaçan sistemlərə dair müqavilədən gedir.

Tanklarla bir yerdə Azərbaycan T-90 bazasında zirehli təmir-təxliyə maşınları ZTTM-1M və mühəndis maşınları MM-3M alır, reaktiv yaylım atəş sistemlərinin silah və buraxılış qurğularına xidmət və atəşin idarəsi üçün lazım olan bütün maşınlar alınır. Tanklar mükəmməl seriya komplektində alınır, bura optik-elektron sistemin yeni modifikasiyası, kondisioner və hədəfi müşayiət edən avtomat da daxildir.

Daha öncə Ermənistan prezidenti Serj Sarkisyan Dmitri Medvedev ilə görüşdə Rusiya silahının Azərbaycana satılmasına dair narazılıq bildirmişdi.

0
18
Bot