Daha iki güləşçimiz Avropa çempionu oldu

Daha iki güləşçimiz Avropa çempionu oldu

Sənan Süleymanov isə bürünc medala yiyələnib.

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, turnirin ikinci günündə yunan-Roma güləşçiləri Nofəl Babayev (55 kq), Sənan Süleymanov (66 kq), İslam Abbasov (84) və Adəm Cəlilov (120 kq) mübarizəyə qoşulublar.

N.Babayev və İ.Abbasov bütün rəqiblərindən üstün olaraq turnirin qalibi adını qazanıblar. 

Yarımfinalda ukraynalı Pərviz Nəsibovla məğlub olan S.Süleymanov çempionatı bürünc medalla başa vurub. 120 kq çəkidə Adəm Cəlilov isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Mikayıl Rəhimov qızıl (60 kq), Azər Nəsibli (50 kq) isə gümü medal qazanıb.

0
12