Ronaldo dubl etdi və Portuqaliya növbəti mərhələyə adladı - VİDEO

Ronaldo dubl etdi və Portuqaliya növbəti mərhələyə adladı - VİDEO

Macarıstan və İslandiya komandaları da 1/8 final mərhələsinə yüksəliblər.

Fransada keçirilən futbol üzrə Avropa çempionatında “F” qrupunun üçüncü turunun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Lyonun “Stad de Lyon” arenasında Portuqaliya və Macarıstan milliləri 3:3 hesablı heç-heçə oynayıblar. 

Macarların heyətində Zoltan Gera (19-cu dəqiqə) və Balaj Djudjak (47 və 55-ci dəq.) fəqrləniblər. Portuqaliya millisində Kriştianu Ronaldo dubla imza atıb (50 və 62-ci dəq.), daha bir qolu isə Nani (19-cu dəq.) aktivinə yazdırıb.

Bu nəticədən sonra Macarıstan qrup lideri, Portuqaliya isə qrup üçüncüsü kimi 1/8 final mərhələsinə adlayıb.

0
13