Bu şəxslər güzəştli ipotekadan istifadə edə biləcəklər - YENİ QAYDA

Bu şəxslər güzəştli ipotekadan istifadə edə biləcəklər - YENİ QAYDA

Qaydalara dəyişiklik edilib.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanına əsasən Azərbaycanda ipoteka kreditlərişməsinin qaydaları dəyişir. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, sənədlə Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi qaydaları da təsdiqlənib. 

Qaydalara əsasən, Gənc ailənin üzvü olan aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2. Milli Qəhrəman və ailəsinin üzvü (özü, əri/arvadı, övladları);

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4. Ən azı 3 il dövlət qulluğunda işləyən, həmçinin dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Bundan əlavə, güzəştli ipotekadan gənc ailənin üzvü olmayan aşağıdakı şəxslər də istifadə edə biləcəklər.

1. Elmlər doktoru, elmi dərəcəsi olan şəxs;
 
2. Ən azı 15 il dövlət qulluğunda işləyən şəxs; 

3. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin Azərbaycan Respublikasının ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); 

4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

0
150