Novruz Məmmədov: Nalbandyan əvvəlki ampluasındadır

Novruz Məmmədov: Nalbandyan əvvəlki ampluasındadır

Prezidenti Administrasiyasının rəhbərinin müavini Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirləri şərh edib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını dərhal paket variantı etdi.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Facebook səhifəsində yazıb.

“Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə - düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”, - Məmmədov qeyd edib..

0
18