Türkiyə məktəbliləri dünyəvi təhsil üçün mübarizəyə qalxdılar

Türkiyə məktəbliləri dünyəvi təhsil üçün mübarizəyə qalxdılar

Açıq siyasi məktubu 370-dən çox türk məktəblisi imzalayıb.

İstanbul məktəblərinin birində keçirilən buraxılış tədbirində şagirdlər çıxış edən müdir müavininin siyasi baxışlarına görə nitqini dinləməyiblər. Bundan sonra Türkiyədə yüzlərlə məktəbi etiraz dalğası bürüyüb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, İstanbulun nüfuzlu məktəbinin şagirdləri bəyan ediblər ki, müdir müavini türk hakimiyyətinə loyal münasibət bəsləyir və onun rəhbərliyi altında olan şəxslərin hüquqlarını müdafiə etmir.

Etiraz aksiyasına zamanla daha çox şagirdin qoşulduğunu görən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə Gəzi parkında baş verən hadisələrin yenidən təkrarlanmasını heç kimin istəmədiyinə dair xəbərdarlıq edib.

“Biz keçmişdən dərs almayanların indi tələbə və şagirdləri təhrik etmə cəhdlərini görürük”, - deyə Türkiyə prezidenti qeyd edib.

“Bizə məhdudiyyətlər qoyurlar. Bizə ölkənin çətin dövr yaşadığını, o üzdən də məktəb konsertlərini təşkil edə bilmərik deyirlər. Amma bununla yanaşı, hökumət İstanbulun fəthinin ildönümü münasibətilə festival təşkil edir. O zaman niyə tədbirlərin keçirilməsində yalnız bizə məhdudiyyət qoyulur? Bu ikili standartlara bənzəyir”, - deyə İstanbul məktəbinin məzunu gileylənib.

Türk Yuxarı Sinif Şagirdləri İttifaqı tərəfindən tərtib edilmiş açıq siyasi məktubu 370-dən çox türk məktəblisi imzalayıb. Məktubda şagirdlərin məktəblərdə fundamentalizmin yayılmasının əleyhinə olduqları ifadə edilib.

0
24