İpoteka kreditləşməsi ilə bağlı - YENİLİK

İpoteka kreditləşməsi ilə bağlı - YENİLİK

Dövlət başçısı fərman imzalayıb.

Azərbaycanda yeni tikilən, lakin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli binalardakı mənzillərin alınması üçün ipoteka krediti veriləcək. 

Oxu.Az-ın “APA-Economics”ə istinadən məlumatına görə, dəyişiklik Azərbaycan prezidenti İlham Əliyevin iyunun 22-də imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanında əksini tapıb. 
 
İndiyə qədər “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilib. 

Dəyişikliyə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi tələbi aradan qaldırılıb. 
 
Başqa sözlə, Azərbaycan İpoteka Fondu” ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldiləcək. 

0
27