Berni Ekklstoun: Bakıdan öyrənməlidirlər

Berni Ekklstoun: Bakıdan öyrənməlidirlər

“Bakı fövqəladə işlər gördü”

Digər promouterlər Bakıdan yarışları necə keçirməyi öyrənməlidirlər. 

Oxu.Az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, bunu “Formula One Management”in prezidenti Berni Ekklstoun deyib.

Onun sözlərinə görə, Bakı “Formula-1” yarışlarına hazırlıq üzrə fövqəladə işlər gördü:

“Telereportajlarda göstərilən yarış marşrutu xüsusilə gözəl idi”.

B.Ekklstoun qeyd edib ki, Bakı haradasa gizlədilən qiymətli daş kimidir: “Və biz onun haqqında bilmirdik. Üstəlik, orada möhtəşəm hava var”.

Avropa Qran Prisinin promouteri Arif Rəhimov “Sky Sports”a deyib ki, hökumət Qran Prinin ölkəyə çox şey verdiyini həqiqətən anlayır: “Buna görə, həmin yarışı keçiririk və ondan imtina etmək fikrində deyilik.

Ümid edirəm ki, “Formula-1” ilə uzunmüddətli əlaqələrimiz olacaq”.

0
13