Ronaldu jurnalistin mikrofonunu gölə atıb – VİDEO

Ronaldu jurnalistin mikrofonunu gölə atıb – VİDEO

Jurnalist futbolçuya sadəcə bir sual verib.

Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “Avro-2016”-ın qrup mərhələsinin üçüncü turunda Macarıstan ilə keçiriləcək matçdan öncə jurnalist ilə mübahisə edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Marca” yazır.

Portuqaliya komandasının oyunçuları gölün sahilində gəzintidə olarkən Portuqaliya telekanalının müxbiri Ronalduya yaxınlaşıb və sual verib: “Ronaldu, siz bugünkü oyuna hazırsınızmı?”

Futbolçu bir kəlmə də demədən mikrofonu jurnalistin əlindən alaraq gölə atıb.

Macarıstan-Portuqaliya matçı iyunun 22-də saat 20.00-da baş tutacaq.

0
12