Şəkidə çətənə yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Şəkidə çətənə yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Şəki şəhərində narkotik vasitə becərən şəxs saxlanılıb.

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Layısqı kəndində, kənd sakini Zahir Rəsulov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 316 kiloqram 1432 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Şəki şəhər sakini Ramin Xəlilovdan 6 kiloqram 20 qram marixuana götürülüb.

0
30