Medvedev Azərbaycan və Ermənistan arasında fərq görmür

Medvedev Azərbaycan və Ermənistan arasında fərq görmür

"Hazırkı səfəri maksimum istifadə etmək lazımdır".

Rusiya üçün həm Azərbaycan, həm də Ermənistan ilə münasibət mühümdür.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

Medvedev qeyd edib ki, Moskva və Bakı arasında strateji tərəfdaşlıq əlaqələri inkiaşf edir, "ölkələrimizin iqtisadi, humanitar sahədə bir çox layihələri mövcuddur".

"Aydındır ki, hazırkı səfəri bu məqsədlər üçün maksimum istifadə etmək lazımdır. Əlbəttə, indi vəziyyət elə də sadə deyil, biz Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsini görürük. Gizlətməyəcəm, bu, bizi çox narahat edir. Bizim üçün hər iki ölkə ilə münasibətlər çox mühümdür.

Eyni zamanda biz Minsk qrupunun həmsədri kimi və cavabdeh dövlət, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı səviyyəsində formalaşmış yanaşmalara sadiqik", - Medvedev deyib.

Baş nazir Dağlıq Qarabağ münaqişəsi zonasında dayanıqlı sülhün yaradılmasına ümid edir. Baş nazir Rusiya tənzimləmə üçün hər şey edəcəyini bildirib.

0
20
Bot